Ana Sayfa > Manşet / Parlament > Şəmkirli iş adamının “Hummer”ini və özünü yandırmasının
Şəmkirli iş adamının “Hummer”ini və özünü yandırmasının7-08-2019, 12:50. Yazar: sevinc1 |
Avqustun 6-da Şəmkirdə yerli sakinin özünü və "Hummer” markalı avtomobili yandırmasının təfərrüatı məlum olub. Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupunun baş müfəttişi Eşqin QasımovOxu.Az-a bildirib ki, insident Dövlət Yol Polisi Baş İdarəsinin Şəmkir Rayon Bölməsinin dayanacağında baş verib. Rayon məhkəməsinin qərarı ilə Yeni həyat kəndinin 1973-cü il təvəllüdlü sakini Qasımov Fuad Aydın oğlunun avtomobilinəiki il yarım əvvəl həbs qoyulub. Buna səbəb kişinin müxtəlif şəxslərə iri məbləğdə pul borclu olması göstərilib. Maşın 51 min manat dəyərində qiymətləndirilib və satışa çıxarılıb. Kənd sakini bundan sonra qəzəblənərək, özünü və maşınını yandırıb, ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Fuad Qasımovun işi üzrə məhkəmə prosesi 2013-cü ildə başlayıb və indiyədək davam edir. O, daha əvvəl sahibkarlıq fəaliyyəti ilə məşğul olub, lakin sonra müflisləşib. Faktla bağlı təhqiqat davam edir. Geri dön |