Ana Sayfa > İqtisadiyyat / Manşet / Karusel > Unibank - müştərini aldadan bankı

Unibank - müştərini aldadan bankı


27-01-2016, 12:37. Yazar: admin

Məlum səbəblərdən banklarla müştərilər arasında gərginlik səngimək bilmir. Dövlət də problemli kreditlərin həssaslıqla yanaşmağı tövsiyə edib. Müştərilərin banklar tərəfindən aldadılması halları da istisna deyil. Nə yolla olursa olsun, banklar öz pullarını geri almağa çalışır. Qısası, müştərilər atlı olub banklar piyada. Aldadılan müştərilərdən biri də Əsmər Abdulovadır. O, Unibankın müştərisidir. 2013- cü ildə Unibank-dan övladının təhsil haqqısı üçün övladından 1200 manat kredit götürüb. Özünün dediyinə görə, ona pulu verərkən üstündə kart da verilib və “bunuda sizə “hədiyyə” edirik, içində 300 AZN pul var” deyilib. Əsmər xanım nə biləydi ki bu “hədiyyə” kartı onu nə vaxtsa məhkəməyə sürükləyəcək. Bank əməkdaşı bu kartın mahiyyətini heç ona açıqlamıyıb da. Əsmər Abdulova nəğd pulu vaxtında ödəyir, hətta vaxtından əvvəl borcunu tamamlayır. Kartdakı puldan da istifadə edir. Amma iş elə gətirir ki, 2014-cü ilin may ayında ağır xəstəliyə tutulur. Ailə üzvləri onun malicəsi üçün yenidən banklara üz tutur. Beləliklə, ailədə ağır durum yaranır. Vəziyyət o yerə çatır ki o, iş qabiliyyətini itirir. Ona 2- ci qrup əlillik verilir. Belə bir ağır vəziyyətdə 2015- ci ilin noyabr ayında kart ödəmələrində problemlər yaranır. Dekabr ayında ona bankdan xəbərdarlıq gəlir. Həm də onu başqa bir məsələ narahat edirdi. Karta nə qədər pul ödəyirdisə, məbləğ azalmırdı. Bu iki məsələ ilə bağlı o Unibankın Üzeyir Hacıbəyov küçəsindəki ofisinə yaxınlaşır. Onu Problemli Kreditlər şöbəsinə yönləndirirlər. Əsmər Abdulova bankın əməkdaşı Asif müəllimə öz durumu ilə bağlı məlumat verir və krediti ödədiyi təqdirdə məbləğin azalmamasının səbəbini soruşur. Əməkdaş ona qafik üzrə ödənişdə göstərilən məbləği faizə tutulduğunu məbləğin azalması üçün isə daha çox pul ödənməyin lazım gəldiyini başa salır. Əsmər xanım kartın bir növ sələm xarakter daşıdığını indi anlayır, bir növ aldadıldığını başa düşür. Sonra o bank əməkdaşından xahiş edir ki, ona bir az vaxt versinlər. Cədvəli isə onun aylıq gəlirinə, yəni 50 manat aldığı müavinətə uyğun qursunlar. Əməkdaş ona bildirir ki, “sizə 20 gün vaxt veririk, sizinlə özümüz əlaqə saxlayacağıq. Gəlib məhz burda 50 ya da 60 manat ödəniş edərsiz, biz sizə yeni ayda 37 manat ödəmək, faizi sıfırlamaq şərti ilə yeni ödəniş cədvəli tərtib edərik.” Ə.Abdulova bir növ sakitləşmiş halda evinə dönür. 20 gündən sonra Unibankdan ona zəng vurub deyirlər ki, banka 120 manat pul ödəməlisiniz. Əsmər xanım soruşanda ki, dekabrın 16-da sizin əməkdaşla bu razılaşma nə oldu?! Zəng vuran əməkdaş cavab verir ki, devalvasiyadan sonra o razılaşma öz qüvvəsini itirib. Abdulova təkrar problemli kreditlər şöbəsinə üz tutur. Bankın əməkdaşı Asif müəllimlə yenidən danışıq aprmalı olur. Məlum olur ki, Abdulova Banka 170 manat pul ödəmlidir. Gecikmiş krediti faizlə bir yerdə 150 manat 20 manat isə cərimə. Bank əmkədaşı qeyd edir ki, bu pulu ödəyin sonra qrafik üzrə 47 manatınızı ödəməkdə davam edin

borcun məbləği azalmağa başlayacaq. Əsmər xanım narazılıq edir. Onu aldadıldığını qeyd edir: “Krediti dollarla götürməmişəm devalvasiyanın ona nə aidiyyatı var. Əgər deyirsiz ki, devalvasiya ilə bağlı bankda proseslər dayanıb bu bizim danışığımızdan bir həftə sonra olub. Vaxtında məni xəbərdar edə bilərdiz” deyir. Əsmər xanım yenidən Asif müəllimlə danışıq aparır. Bankın əməkdaşı Asif onu sakitləşdirib deyir ki, gedin yavaş -yavaş ödəniş edin, söz vermirəm çalışaram ki, sizə 20 manat olan cərimə ləğv edilsin. Əsmər xanım gəlir imkan düşən kimi dekabrın 12- də 35 manat ödəniş edir. Ayın sonu üçün də ödəniş etməyi nəzərdə tutur. Deyir “sən saydığın say, gör Unibank nə sayır”. Dekabrın 23- də Ə. Abdulova məhkəmədən ona ünvanlanmış məktub alır. Məhkəmə ondan əsas məbləğ üzrə 807 manat faiz üzrə 57 manat cərimə üzrə 5 manat cəmi 871 manat və 20 manat ödənilmiş dövlət rüsumunun kreditor Unibank Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun.

Bu da sizin üçün özünü hər kəsin bankı kimi reklam edən Unibank.

Şirxanlı Rövşən
Aia.az
Geri dön