Ana Sayfa > Karusel / Gündəm > Dənizdə işlər dayandı, 700-ə yaxın işçi təxliyə edildi -
Dənizdə işlər dayandı, 700-ə yaxın işçi təxliyə edildi -5-08-2019, 14:31. Yazar: sevinc1 |
Ölkə ərazisində müşahidə olunan güclü külək səbəbindən Xəzər dənizinin Azərbaycan sektorundakı açıq səthlərdə aparılan bütün işlər dayandırılıb və məhdudlaşdırılıb. Bu barədə"Report”a açıqlamasında SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. Onun sözlərinə görə, bütün qəza törədə biləcək avadanlıqlar təhlükəsiz yerlərdə yerləşdirilib: "SOCAR-ın 700 nəfərə yaxın əməkdaşı platformalardan, dənizdən quruya təxliyə edilib”. aia.az Geri dön |