Ana Sayfa > Manşet / Gündəm > Vilayət Eyvazov Şəkiyə gedir

Vilayət Eyvazov Şəkiyə gedir


5-08-2019, 13:08. Yazar: sevinc1
Vilayət Eyvazov Şəkiyə gedir


Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2019-cu il avqust ayının 31-də Şəki Şəhər-Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


aia.az
Geri dön