Ana Sayfa > Cəmiyyət > Bakıda güclü külək ağacı bankomatın üzərinə aşırdı

Bakıda güclü külək ağacı bankomatın üzərinə aşırdı


5-08-2019, 12:15. Yazar: sevinc1
Bakıda güclü külək ağacı bankomatın üzərinə aşırdı


Hazırda Bakıda müşahidə edilən güclü külək müəyyən fəsadlar törədib.

Trend-in məlumatına görə, səhər saatlarında paytaxtın Yasamal rayonunda ağac qırılıb.

Hadisə Azərbaycan Milli Elmlər Akademiyasının həyətində qeydə alınıb. Belə ki, güclü küləyin təsiri nəticəsində ağac qırılaraq binanın yaxınlığında yerləşən bankomatın üzərinə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmasa da bankomata ziyan dəyib.


aia.az
Geri dön