Ana Sayfa > Gündəm > Şimal bölgəsində güclü küləyə görə “Azərişıq”ın texnikası hazır vəziyyətə gətirilib

Şimal bölgəsində güclü küləyə görə “Azərişıq”ın texnikası hazır vəziyyətə gətirilib


5-08-2019, 11:07. Yazar: sevinc1
Şimal bölgəsində güclü küləyə görə “Azərişıq”ın texnikası hazır vəziyyətə gətirilib


Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) başlanan güclü küləyin yarada biləcəyi qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC-nin əməkdaşları və texnikası hazır vəziyyətdədir.

Bunu Trend-ə “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayev vurğulayıb ki, “Azərişıq”ın Şimal Regional Enerji Təchizatı və Satışı idarəsinin (RETSİ) əməkdaşları bütün əlavə mal-materiallarla təchiz olunub:

“Baş verə biləcək hər hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq”.


aia.az
Geri dön