Ana Sayfa > Parlament / Aia TV / Karusel > Ata evinə qonaq gedib özünü asdı

Ata evinə qonaq gedib özünü asdı


25-01-2016, 17:03. Yazar: admin
Ata evinə qonaq gedib özünü asdı


İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
Aia.az APA-ya istinadən bildirir ki, hadisə İsmayıllı şəhərində qeydə alınıb. Rayonun Aşıqbayramlı kənd sakini, 1979-cu il təvəllüdlü Şükürova İlhamə Ağahüseyn qızı atasının evinə qonaq gedib və həyətdəki yardımçı tikilidən özünü asaraq intihar edib.

Üç uşaq anası İlhamə Şükürovanın özünə qəsd etməsinin dəqiq səbəbi hələ ki, məlum deyil. Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Geri dön