Ana Sayfa > Karusel / Ölkə > Ağstafa adındakı səhvə icra hakimiyyətinin münasibəti
Ağstafa adındakı səhvə icra hakimiyyətinin münasibəti31-07-2019, 15:27. Yazar: sevinc1 |
Sosial şəbəkələrdə Ağstafa rayonunun adının səhv yazıldığı lövhənin şəkli paylaşılıb. Belə ki, şəkildən də göründüyü kimi löhvədə rayonun adı Ağstafa deyil, Ağtafa kimi qeyd edilib. Ağstafa rayon icra başçısının birinci müavini Ramiz Tatarov Azvision.az -a açıqlamasında bildirib ki, hazırda rayonun mərkəzində təmir işləri gedir. “Şəklin çəkildiyi tikili təmir edilir. Həmin yerdə rayonun adı səhv yazılmışdı. Hazırda orada heç bir yazı yoxdur. Layihəyə uyğun baxılır və işlər görülür. Orada təmir işlərinin getdiyini bilən şəxs olsaydı, şəklini çəkməzdi. Görünür, oradan ötən şəxs həmin şəkli çəkib”. aia.az Geri dön |