Ana Sayfa > İdman > Dünya Karate Federasiyasının Hakimlər Komissiyasının rəsmiləri Bakıya gələcək
Dünya Karate Federasiyasının Hakimlər Komissiyasının rəsmiləri Bakıya gələcək31-07-2019, 15:17. Yazar: sevinc1 |
Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komissiyasının rəsmiləri Bakıya gələcək. Trend-in məlumatına görə, Azərbaycan Milli Karate Federasiyasının dəvəti ilə paytaxtımıza təşrif buyuran komissiya sədri Xavyer Eskalante (İsveç), komissiya katibinin asisstenti Fariba Madani (ABŞ) və komissiyanın üzvü Cavad Səliminin (İran) rəhbərliyi ilə 16 avqustda yerli hakim və məşqçilərə növbəti seminar keçiriləcək. Nəzəri seminarın iştirakçılarına sertifikatlar təqdim olunacaq. aia.az Geri dön |