Ana Sayfa > Cəmiyyət > 184 əcnəbi saxlanıldı -

184 əcnəbi saxlanıldı -


30-07-2019, 11:10. Yazar: sevinc1
184 əcnəbi saxlanıldı -


Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 184 əcnəbi saxlanılıb.

Xidmətdən aia.az-a verilən məlumata görə, onlardan 1-i Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilən tədbirlər zamanı aşkarlanıb.

Saxlanılanlardan 7-nin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 15 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi, 3-nün qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 159 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadığı müəyyənləşdirilib.


aia.az
Geri dön