Ana Sayfa > Dünya > İtaliyada təyyarə avtomobil yoluna düşdü, pilot öldü

İtaliyada təyyarə avtomobil yoluna düşdü, pilot öldü


29-07-2019, 18:02. Yazar: sevinc1
İtaliyada təyyarə avtomobil yoluna düşdü, pilot öldü


İtaliyanın şimal-qərbindəki Alessandriya şəhərində yüngülmühərrikli təyyarə avtomobil yoluna düşüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində pilot həlak olub.

Qeyd olunur ki, qəza avtomobil yolunda hərəkətin az olduğu zamanda baş verib. Hadisə nəticəsində hər hansı bir avtomobilə ziyan dəyməyib.

Hadisə şahidləri təyyarənin təhlükəli manevr edərkən qəza etdiyini deyir.


aia.az
Geri dön