Ana Sayfa > Ölkə > Qurban bayramında heyvan kəsimi məntəqələrinin
Qurban bayramında heyvan kəsimi məntəqələrinin29-07-2019, 17:35. Yazar: sevinc1 |
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadırtipli heyvan kəsimi məntəqələrinin siyahısını açıqlayıb. Trend-in məlumatına görə, AQTA bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli icra orqanları ilə birgə təşkil olunmuş çadırtipli kəsim məkanlarında həyata keçirməyə çağırır. Qurban bayramı günlərində Respublika üzrə 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək. Vətəndaşlar bayram günlərində əvvəlcədən seçim edərək, qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün müəyyənləşdirilmiş yerlərə müraciət edə, təşkil olunan xidmətlərdən yararlana bilərlər. Qurbanlıq heyvanların satış və kəsim məntəqələrinin ünvanları ilə linkə keçid etməklə tanış ola bilərsiniz: http://afsa.gov.az/uploads/info/warning/siyah___pdf1564402108.pdf?fbclid=IwAR3u82xKFWxhH91-GCZ9K3rq4XdalxqNEnGXMzKeSxOQ3DfSmuUQV-UZFNQ aia.az Geri dön |