Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Səhiyyə Nazirliyi:
Səhiyyə Nazirliyi:29-07-2019, 16:41. Yazar: sevinc1 |
Bakının Xəzər rayonunun Zirə Qəsəbəsində (Qala yolu) qatarla taksinin toqquşması nəticəsində xəsarət alan iki nəfərə təcili tibbi yardım tərəfindən qoyulan ilkin diaqnoz təsdiqini tapmayıb. Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, 22 yaşlı qız və 20 yaşlı oğlanda qapalı kəllə-beyin travması aşkarlanmayıb: "Onların vəziyyətləri normaldır. Həmin xəstələr ambulator müalicəyə buraxılıblar". Qeyd edək ki, Zirə qəsəbəsində qatarın taksini vurması nəticəsində 4 nəfər xəsarət alıb. Bir qədər əvvəl yayılan məlumatda bildirilmişdi ki, qəza nəticəsində ən ağır vəziyyətdə olan 22 yaşlı qız qapalı kəllə-beyin travması alıb, yuxarı ətraflarında sınıq yaranıb. Həmçinin, 20 yaşlı oğlan da qapalı kəllə beyin travması alıb. Vəziyyəti ağır olan həmin xəsarət alımış şəxslər 3 saylı Bakı Şəhər Klinik Xəstəxanaya aparılıb. aia.az Geri dön |