Ana Sayfa > Ölkə > Polislər “bomj”un həyatını xilas etdilər

Polislər “bomj”un həyatını xilas etdilər


29-07-2019, 13:16. Yazar: sevinc1
Polislər “bomj”un həyatını xilas etdilər


Bakıda səfil həyat tərzi sürən şəxs özünə xəsarət yetirib.

Hadisə iyulun 27-də paytaxtın Səbail rayonunda qeydə alınıb.

Rayon ərazisində xidmət aparan Post Patrul Xidmətinin əməkdaşları heç bir yaşayış yeri olmayan, tüfeyli həyat keçirən E.Kərimovun vəziyyətinin yaxşı olmadığını görüblər.

Məlum olub ki, “bomj” kəsici-deşici alətlə özünə xəsarət yetirib.

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırılmasını təmin ediblər.(oxu.az)
Geri dön