Ana Sayfa > Karusel / Gündəm > “Azərbaycan Dəmir Yolları” ilə “Alstom” müqavilə imzaladı

“Azərbaycan Dəmir Yolları” ilə “Alstom” müqavilə imzaladı


29-07-2019, 12:30. Yazar: sevinc1
“Azərbaycan Dəmir Yolları” ilə “Alstom” müqavilə imzaladı


Bakıda “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom” şirkəti arasında yeni müqavilə imzalanıb.

Trend-in məlumatına görə, müqavilə lokomotivlər parkına dair texniki dəstəyin göstərilməsini nəzərdə tutur.

Müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Alstom” şirkətinin Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraedici direktoru Elşən Zeynalov imzalayıb.


aia.az
Geri dön