Ana Sayfa > Təhsil > Yeni dərs ili üçün dərsliklər sentyabrın 6-dək şagirdlərə paylanacaq

Yeni dərs ili üçün dərsliklər sentyabrın 6-dək şagirdlərə paylanacaq


25-07-2019, 17:36. Yazar: sevinc1
Yeni dərs ili üçün dərsliklər sentyabrın 6-dək şagirdlərə paylanacaq



Yeni dərs ili üçün 322 adda dərslik və metodik vəsait çap edilib.

Belə ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.

Dərsliklərin 25 avqust 2019-cu il tarixinədək yerli təhsili idarəetmə qurumlarına çatdırılması nəzərdə tutulur.

Həmin tarixdən sonrakı 10 gün müddətində dərsliklər yerli dövlət ümumi təhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə çatdırılacaq.


aia.az
Geri dön