Ana Sayfa > Cəmiyyət > Gömrükdə növbəti siqaret əməliyyatı

Gömrükdə növbəti siqaret əməliyyatı


25-07-2019, 16:22. Yazar: sevinc1
Gömrükdə növbəti siqaret əməliyyatı


Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz 250 D" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən aia.az -a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ön panelinin arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 2600 ədəd "Parliament Heets Turquoise Label" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön