Ana Sayfa > Parlament / Media / Seçilənlər-3 / Aia TV / Karusel > Bakının pul fırıldaqçıları: izləyin və aldanmayın – VİDEO
Bakının pul fırıldaqçıları: izləyin və aldanmayın – VİDEO25-01-2016, 10:20. Yazar: admin |
azara gələn müəllimədən, həkimdən, fəhlədən, təqüdçüdən oğurlayaraq… Bakıda vətəndaşları aldadan pul fırıldaqçıları peyda olub. Bu şəxslər sadə vətəndaşların əlində olan 5-10 manatını oğurlamaqla “iş gördüklərini”, “çörək pulu” qazandıqlarını düşünürlər. Bu şəxslərin əməlləri insanı daha çox qəzəbləndirir. Çünki göz görə - görə insanları aldatmaq, onların pulunu oğurlamaq heç bir mənəviyyata, insanlığa sığmır. Özlərini ağıllı və ya çoxbilmiş hesab edən bu şəxslər oğurluq edərək öz dolanışıqlarını təmin edirlər. Bazara gələn müəllimədən, həkimdən, fəhlədən, təqüdçüdən oğurlayaraq… Haqqında danışdığımız şəxslər Nizami rayonundakı “Vosmoy” (8-ci kilometr bazarında) bazarında bu cür əməlləri törədirlər. Və hər gün. Hər gün onlarla, bəlkə də yüzlərlə vətəndaşdan oğurluq edirlər. Yüzlərlə deməyimizin səbəbi odur ki, bu şəxslər 1-2 nəfər deyil. Onlar bir şəbəkədir. Və bazarın 6-7 yerində məskən salıblar. Bu cür pul fırıldaqçılar haqda bəlkə də çox adam eşidib və hətta qurbanı olub. Bu pul oğurluğu yeni deyil. Uzun zamandır ki, bu cür şəxslərin fəaliyyətindən xəbərdar olanlar da az deyil. Biz də bu məsələni ictimailəşdirib, vətəndaşlarımızın cibinə girən bu şəxslərin hüquq-mühafizə orqanlarının əməkdaşları tərfindən cəzalandırılacağına ümid edirik. Bu şəxslər bazarda bir şəbəkə kimi, fəaliyyət göstərir. Meyvə-tərəvəz satışı ilə məşğul olmaq adı ilə əsas işləri olan oğurluğu həyata keçirilər. Bu şəxslər satıcı kimi müştərilərə böyük əskinaslarını xırdalamağı təklif edirlər. Bu təkliflə razılaşan vətəndaşların əksəriyyərti mütləq aldanır. Bir daha qeyd edək ki, bu şəxslərin əsas işi bazarda alver etmək yox, oğurluq etməkdir!!! Fırıldaqçıların bu cür əməlindən uzun zamandır xəbərdar olsaq da, müşahidlər aparsaq da onları ifşa edəcək görüntülərimiz olmadığından ictimailəşdirə bilmirdik. Əməkdaşımız nəhayət ki, bu fırıldaqçıların əməllərini ifşa edən görüntüləri çəkə bilib. Aşağıdakı videoda fırıldaqçıların bu əməliyyatı necə keçirdiyini əks etdirən görüntüləri təqdim edirik: Geri dön |