Ana Sayfa > Manşet / Gündəm > DSX rəisi hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb
DSX rəisi hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb25-07-2019, 11:19. Yazar: sevinc1 |
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən aia.az-a verilən məlumata görə, general-polkovnik Elçin Quliyev sərhəd zastavalarında və sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, dövlət sərhədində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib. aia.az Geri dön |