Ana Sayfa > Karusel / Cəmiyyət > Qarabağda erməni əsgər öldürülüb

Qarabağda erməni əsgər öldürülüb


24-07-2019, 11:43. Yazar: sevinc1
Qarabağda erməni əsgər öldürülüb




Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun əsgəri Volodya Qaloyan öldürülüb.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. İnsidentin cəbhə xəttindəki təmas nöqtələrindən birində baş verdiyi bildirilib.

2000-ci i təvəllüdlü əsgər Volodya Qaloyanın ölümü ilə bağlı hərbi prokurorluq tərəfindən təhqiqat aparılır. Onun xidmət yoldaşının açdığı atəş nəticəsində ölümcül güllə yarası aldığı ehtimal olunur.


aia.az
Geri dön