Ana Sayfa > İdman > "EYOF Bakı 2019":
"EYOF Bakı 2019":24-07-2019, 08:30. Yazar: sevinc1 |
Bu gün "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində növbəti yarışlar keçirilir. Trend-in məlumatına görə, 4-cü yarış günündə festivalın proqramında yer alan 8 idman növü (atletika, üzgüçülük, idman gimnastikası, cüdo, həndbol, basketbol, voleybol, tennis) üzrə yarışlar baş tutacaq. Azərbaycan yığması bunların 7-də təmsil olunacaq. Cüdoçular ilk dəfə mübarizəyə çıxacaqlar. 24 iyul İdman gimnastikası Çoxnövçülük, ayrı-ayrı hərəkətlər, təsnifat Milana Minakovskaya Basketbol Oğlanlar, A qrupu, III tur Azərbaycan - Xorvatiya Həndbol Qızlar, B qrupu, III tur Azərbaycan - Çexiya Oğlanlar, A qrupu, III tur Azərbaycan – Serbiya Üzgüçülük Qızlar, 200 m, sərbəst üsul, təsnifat Aysel Səfərova Oğlanlar, 200 m, brass, təsnifat Əliyar Cahangirbəyov Qızlar, 100 m, batterflyay, təsnifat Məryəm Şeyxəlizadəxangah Oğlanlar, 200 m, batterflyay, final Ramil Vəlizadə Cüdo Qızlar 44 kq, 1/8 final Gülşən Bəşirova - Mariya Qonzales (İspaniya) Oğlanlar 50 kq, 1/8 final İsmayıl Qənbərli - Sergey Mastriukov (Rusiya) 55 kq, 1/16 final Şükran Zamanlı - Migel Gaqo (Portuqaliya) 60 kq, 1/16 final Turan Bayramov - Kote Kapanadze (Gürcüstan)/ Adam Safer (Avstriya) cütünün qalibi Voleybol Oğlanlar, A qrupu, III tur Azərbaycan - Rusiya Atletika Qızlar, üçtəkanla tullanma, təsnifat, B qrupu Sabrina Jralova Qızlar, 200 m, I mərhələ Lamiyə Vəliyeva Oğlanlar, 200 m, I mərhələ Əli Abdıyev Oğlanlar, hündürlüyə tullanma, təsnifat, B qrupu Aydın Bədəlov Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək. Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür. aia.az Geri dön |