Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Azərbaycanda daha bir bank bağlandı

Azərbaycanda daha bir bank bağlandı


25-01-2016, 09:53. Yazar: admin


Azərbaycanda daha bir bank bağlanıb.

Aia.az-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, AMB-in İdarə Heyətinin 22 yanvar 2016-cı il tarixli, 05/5 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Gəncəbank” ASC-nin bank lisenziyası ləğv edilib.

"Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 25.01.2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.

Azərbaycan Respublikası Mərkəzi Bankı bildirirki, "Gəncəbank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcəkdir.
Geri dön