Ana Sayfa > Şou-biznes > “Mənə insanların dəyər verməyi lazım deyil” -

“Mənə insanların dəyər verməyi lazım deyil” -


23-07-2019, 17:41. Yazar: sevinc1
“Mənə insanların dəyər verməyi lazım deyil” -


Uzun müddətdir Türkiyənin İzmir şəhərində yaşayan və fəaliyyətini orada davam etdirən müğənni Elnur Hüseynov Bakıya gəlib.
Sənətçi Axşam.az-ın suallarını cavablandırarkən oradakı planlarından söz açıb:

“İzmirin Anadolu Autizm Vəqfinin konsertlərində çıxış edirəm. Heyvan sığınacaqları üçün konsert də planlaşdırıram. İzmirin Bələdiyyə rəisi ilə bu işi həyata keçirəcəyik. Təşkilatçılarla bu məsələni danışırıq, oradan gələn gəlirlər isə heyvanlara bir ton yem verilməsinə xərclənəcək”.

İfaçı İzmirdəki həyatından məmnunluğunu da dilə gətirib:

“İzmirdə gözəl zaman keçirirəm. Burada yaşayacam. İnsanları çox rahatdır. Bundan başqa, bir saatın içində istədiyin zaman dənizdə, meşədə ola bilərsən. Digər tərəfdən, orada heyvanlara dəyər verirlər. Bu, mənim üçün önəmli amillərdən biridir. Özümü burada yaxşı hiss edirəm”.

“Mənə insanların dəyər verməyi lazım deyil, salam versinlər, üzləri gülsün və düzgün insan olsunlar. Sevməyib, amma selfi çəkdirmək üçün gəlirlərsə, bunu etməsinlər” deyə, E.Hüseynov bildirib.

Müğənni “Sən gəlməz oldun” mahnısına növbəti nəfəs verdiyini də söyləyib:
“Sən gəlməz oldun”u İsfar Sarabski ilə “cover” etmişik. Bir ay içərisində hazır olacaq. Bunun üçün də animasiya hazırlanır. Sosial layihələrim də var. İnsanlara dəyər vermək, kömək olmaq kimi amalları özündə birləşdirir”.

E.Hüseynov tez-tez sosial layihələrdə rol alması ilə bağlı isə bunları deyib:
“Hər yerdə yaxşı və pis insanlar var. Hər kəsin içərisində pis və yaxşı tərəfi var. İçindəki mənfi tərəfi gizləməyi, örtməyi bacarmalısan. İnsan öz içində mübahisə aparanda ağır şeylər yaşayır. Belə insanlar həmişə olacaq. Hər kəs bu dünyada mənfi tərəfinə qalib gələ bilmir. Yaxşılıq edə, kimisə sevindirə bilirsənsə, onun sevincindən sənə pay düşürsə, məncə, bu, yetərlidir”.


aia.az
Geri dön