Ana Sayfa > İdman > “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Göyçay rayonunda keçirildi

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Göyçay rayonunda keçirildi


23-07-2019, 15:49. Yazar: sevinc1
“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Göyçay rayonunda keçirildi


“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23 iyul 2019-cu il tarixdə Göyçay rayonunda keçirilib.

Trend-in məlumatına görə, tədbirdə millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Göyçay rayonundan seçilmiş deputat Sabir Hacıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov və layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.

Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, millət vəkili Sabir Hacıyev, Gənclər və İdman idarəsinin rəisi Elşən Şirinov çıxış ediblər. Qeyd edilib ki, bu layihənin keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Daha sonra bildirilib ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçib və hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib.

Sonra uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb.

Tədbirin sonunda uşaqlar əyləncəli futbol oyunu nümayiş etdiriblər.


aia.az
Geri dön