Ana Sayfa > Gündəm / Manşet / Karusel > Dəmirəlin dəfn mərasimində Azərbaycanı Oqtay Əsədov təmsil edəcək
Dəmirəlin dəfn mərasimində Azərbaycanı Oqtay Əsədov təmsil edəcək18-06-2015, 20:36. Yazar: admin |
Spikerin Ankarada görüşləri gözlənilir. Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin dəfn mərasimində iştirak etmək üçün iyunun 18-də Ankaraya səfər edəcək. Aia.az Milli Məclisin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, səfər çərçivəsində parlament sədrinin Türkiyə rəsmiləri və mərasimdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir. Tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edəcəklər. Səfər iyunun 19-da başa çatacaq. Geri dön |