Ana Sayfa > İdman > “Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri
“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri22-07-2019, 16:00. Yazar: sevinc1 |
"Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri açıqlanıb. "Qarabağ” II təsnifat mərhələsində qarşılaşacağı İrlandiyanın "Dandok” klubunu keçərsə, APOEL (Kipr) – "Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Əgər Ağdam klubu irlandlara qalib gəlsə, sözügedən cütün qalibi ilə ilk matç səfərdə baş tutacaq. III təsnifat mərhələsində ilk oyunlar 6-7 avqustda, cavab matçları 13 avqustda olacaq. "Qarabağ” İrlandiya klubuna uduzub Avropa Liqasında çıxışını davam etdirsə, bu zaman da Ağdam komandasının potensial rəqibləri bəllidir."Qarabağ”ı Avroliqanın III təsnifat mərhələsində "Slovan” (Slovakiya) – "Ferronikeli” (Kosovo) cütünün qalibi ilə matç gözləyir. Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 8-də, cavab matçları avqustun 15-də keçiriləcək. aia.az Geri dön |