Ana Sayfa > Ölkə > Araz heyvandarlı –südçülük İctimai Birliyi İmişli rayonunda gənc fermerlərə maarifləndirici təlimlər keçirilib

Araz heyvandarlı –südçülük İctimai Birliyi İmişli rayonunda gənc fermerlərə maarifləndirici təlimlər keçirilib


18-07-2019, 18:19. Yazar: sevinc1
Araz heyvandarlı –südçülük İctimai Birliyi İmişli rayonunda gənc fermerlərə maarifləndirici təlimlər keçirilib


Araz heyvandarlı –südçülük İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə 18/07/2019-cu il tarixində İmişli rayonunda "Araz ətrafı rayonların sosial-iqtisadi inkişafı ilə bağlı istehsal və xidmət sahələrini əhatə edən sahibkarlığın inkişafına dəstək və maarifləndirmə”adlı layihə çərçivəsində ikici təlimini keçirib .

Layihə rəhbəri Novruz Əliyev bildirib ki, bu təlimlər Araz ətrafı rayonlarda özünü doğrultmayan gənc fermerlərin , aqrar sahədə çalışanların maarifləndirilməsinə, müasir texnologiyalarla yaxından tanış edilməsinə böyük ehtiyac var. Bununla onlar öz təsərrüfat imkanlarını genişləndirərək öz gəlirlərinin formalaşmasında, regionda əhalinin ərzaqla təminatında, yerli istehsalın rəqabət qabiliyyətinin artırılmasında və yeni iş yerlərinin yaradılmasında əsaslı rola malik olacaqdır.

Layihə 4 ay davam edəcək.


aia.az
Geri dön