Ana Sayfa > Qərbi Azərbaycan / Seçilənlər-6 / Manşet / Karusel > Ağstafada baş həkim meydan sulayır - İTTİHAM VAR

Ağstafada baş həkim meydan sulayır - İTTİHAM VAR


24-01-2016, 14:18. Yazar: admin
Ağstafada baş həkim meydan sulayır - İTTİHAM VAR
Ağstafa rayonunun Mərkəzi Xəstəxanası ilə bazar arasında heç bir fərq yoxdur. Ona görə ki, hər ikisində alqı-satqı həyata keçirilir.Baş həkim İlham Mustafayevin həyata keçirdiyi işlər sayəsində bu dövlət qurumu daha çox onun şəxsi obyekti kimi qəbul edilir.
Qeyd edək ki, ötən il Ağstafa Mərkəzi Xəstəxanasına yüz minlərlə manat vəsait ayrılıb. Amma həmin pulların çox az qismi təyinatı üzrə xərclənib. Məsələn, avadanlıqların satın alınmasına 75,3 min manat ayrılsa da, onun doğru şəkildə xərclənmədiyi vurğulanır. Və ya inventarların satın alınması üçün ayrılmış 76,5 min manatın da aqibətindən xəbər yoxdur.
Bu əsnada, İlşam Mustafayevin digər maşın və avadanlıqların satın alınması üçün 52,5 min manatı, yumuşan inventarların satın alınması üçün 35,2 min manatı da dijər üsul və qaydalarla mənimsədiyi iddia olunur.
Gülməli hallardan biri odur ki, Ağstafa Xəstəxanasına xəstələr müraciət etsələr də, orada qalaraq müalicə almaqdan qorxurlar. Və bunu belə əsaslandırırlar ki, İlham Mustafayevin əlinə soymaq üçün verəcəkləri ikinci dəriləri yoxdur. Amma baş həkim adı olub, özü olmayan xəstələrə «yemək» də verirmiş. Elə buna görə də, büdcədən 54 min manata yaxın pul da ayırtdırıb.
Demokratiya.info bildirir ki, baş həkimin şəxsi işləri üzündən tez-tez pulu qurtarır. Amma bu xərcləri qarşılamaq üçün yeni vasitələr reallaşdırır. Məsələn, İlham Mustafayevə pul lazım olduqda cari təmir işləri adı altında 38,4 min manatı, əsaslı təmir işlərinin aparıliması adı altında isə 81 min manatı alaraq, özünə sərf edir.
Qarşı tərəfi də dinləməyə hazırıq.(xalqxeber.az)
Geri dön