Ana Sayfa > Aia TV > “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır

“Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır


17-07-2019, 17:17. Yazar: sevinc1
“Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır


"Avroviziya-2020" mahnı müsabiqəsi Rotterdam və ya Maastrixtdə keçirilə bilər.

Modern.az-ın məlumatına görə, müsabiqənin təşkilatçıları bu şəhərlərin digər namizədlərlə müqayisədə daha çox şanslı olduğunu qeyd ediblər.



Belə ki, hər iki şəhərdə televiziya yayımı, ümumilikdə tədbirin keçirilməsi baxımından gözəl meydançalar, məkanlar var. Həmçinin bu şəhərlərdə qonaqların yerləşdirilməsi üçün də daha çox yer və uyğun komfort olduğu vurğulanır.



Rotterdam müsabiqəni keçirmək hüququ əldə etdiyi təqdirdə tədbir "Ahoy" konsert zalında baş tutacaq. Maastrixt qalib gələrsə, mərasim MECC konqres mərkəzində keçiriləcək.



aia.az
Geri dön