Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Qazaxıstanda helikopter qəzaya uğrayıb

Qazaxıstanda helikopter qəzaya uğrayıb


24-01-2016, 14:13. Yazar: admin

Hadisə şahidləri pilotu xəstəxanaya çatdırıblar.

Qazaxıstanın cənubunda yerləşən Jambl vilayətində “Mi-2” vertolyotunun qəzaya uğrayıb.

Aia.az-ın məlumatına görə, bunu RİA Novosti-yə Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov deyib.

“Yanvarın 23-də axşam saatlarında bizə Jambl vilayətinin Rıskulov rayonunda helikopterin qəzaya uğraması barədə məlumat daxil olub. Hadisə yerinə xilasetmə-axtarış qrupu və təcili tibbi yardım briqadası göndərilib”, - o deyib.

Helikopterin pilotu hadisə şahidləri tərəfindən 2-ci dərəcəli yanıq xəsarəti ilə Taras adına №1 xəstəxanaya çatddırılıb.
Geri dön