Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > 10 aylıq körpənin ölümünə görə həkimlər işdən uzaqlaşdırıldı

10 aylıq körpənin ölümünə görə həkimlər işdən uzaqlaşdırıldı


16-07-2019, 17:09. Yazar: sevinc1
10 aylıq körpənin ölümünə görə həkimlər işdən uzaqlaşdırıldı



İyulun 7-də 10 aylıq körpə Ələkbərli Türkel Cavid oğlu valideynləri tərəfindən Ağdaş rayon Mərkəzi Xəstəxanasına, oradan da Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Yüksək hərarəti olan T.Ələkbərli Mingəçevir xəstəxanasında dünyasını dəyişib.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir ki, Ağdaş rayon sakini, 2018-ci il təvəllüdlü T.Ələkbərlinin ölümü barədə aparılan araşdırma zamanı Ağdaş rayon Mərkəzi Xəstəxanasında və Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında iyulun 7-8-i tarixində gecə növbələrində olan şəxslərin hadisənin təfərrüatı və baş vermə səbəbləri haqqında izahatları alınıb:

“Hazırda cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı müddətdə hər iki xəstəxanada hadisə baş verən gün gecə növbəsində olan həkimlər işdən uzaqlaşdırılıb”.(oxu.az)


aia.az
Geri dön