Ana Sayfa > Ölkə > Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq
Pomidorun qiyməti yaxın günlərdə ucuzlaşacaq16-07-2019, 16:08. Yazar: sevinc1 |
Yaxın günlərdə bazarlarda pomidorun qiymətində ucuzlaşmanın olacağı gözlənilir. Bunu Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib. Son bir həftə ərzində pomidorun qiymətinin bahalaşdığını deyən ekspert bunun əsas səbəbini hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun yetişməsinin gecikməsi ilə izah edib. Onun sözlərinə görə, həvvəlki illərdə pomidorun istixana şəraitində yetişdirilməsi başa çatdıqdan sonra sahədə yetişənlərin kütləvi şəkildə bazara çıxarılması təmin olunurdu. Bu il isə hava şəraiti ilə əlaqədar sahələrdə açıq sahədə əkilən pomidorun yığımının ləngiməsi, eyni zamanda istixana şəraitində pomidorların yetişdirilmə dövrünün başa çatması məhsulun qiymətinin yüksəlməsinə səbəb olub: “Hava şəraiti ilə əlaqədar yığımın ləngiməsi məhsulun satışa çıxarılmasını da gecikdirir. Bütün bu səbəblər bazarda təklifin azalmasına gətirib çıxarıb. Bu da öz növbəsində qiymətlərin bahalaşmasına səbəb olub. Yaxın zamanda sahə pomidorlarının bazara çıxarılacağını və təklifin artacağını gözləyirik. Oxşar vəziyyət 2017-ci ildə müşahidə edilmişdi. Həmin ildə də qiymətlər bahalaşmışdı, daha sonra sahə pomidorlarının bazara çıxarılması ucuzlaşmaya səbəb olmuşdu. Bu baxımdan güman edirik ki, yaxın günlərdə qiymətlərdə azalmanın olacağı gözlənilir. Daha çox sahə pomidorunun bazara çıxarılması qiymətlərin enməsinə daha da təsir edə bilər”. V.Bayramov Azərbaycanda sahə pomidorlarının daha çox Xaçmaz, Tovuz, Qazax rayonlarında yetişdirildiyini də nəzərə çatdırıb. aia.az Geri dön |