Ana Sayfa > İqtisadiyyat > Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsi 15 faiz artıb
Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsi 15 faiz artıb16-07-2019, 13:36. Yazar: sevinc1 |
Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsinin həcmi 2018-ci ildə 37 faiz artıb. Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadi əməkdaşlığa dair Azərbaycan-Əfqanıstan işçi qrupunun ilk iclasında deyib. S.Məmmədov qeyd edib ki, bu il isə bu artım 15 faiz təşkil edib. Nazir müavininin sözlərinə görə, hazırda ölkələr arasında ticari-iqtisadi sahədə 15-dən çox sənəd imzalanıb: "İqtisadi əməkdaşlığa dair işçi qrup yaradılıb. Ölkələrimiz nəqliyyat, logistika, tranzit yükdaşımaları və başqa sahələrdə əməkdaşlıq üçün yaxşı potensiala malikdir". "Laypis-Lazuli" tranzit marşrutunun xüsusi önəmini vurğulayan S.Məmmədov qeyd edib ki, hazırda Azərbaycanda 11 Əfqanıstan şirkəti fəaliyyət göstərir. aia.az Geri dön |