Ana Sayfa > Karusel / Gündəm > Dövlət Əmək Müfəttişliyinin rəisi işdən çıxdı
Dövlət Əmək Müfəttişliyinin rəisi işdən çıxdı16-07-2019, 11:31. Yazar: sevinc1 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib. Modern.az xəbər verir ki, Elman Cəfərov öz ərizəsi ilə, digər işə keçdiyinə görə bu vəzifəsindən uzaqlaşıb. Məlumatı nazirliyin şöbə müdiri Fazil Talıbov təsdiqləyib. Xatırladaq ki, əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müşaviri olan Elman Cəfərov 2018-ci ilin avqustunda nazir tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin olunmuşdu. aia.az Geri dön |