Ana Sayfa > Manşet / Təhsil > Nazir müavini:

Nazir müavini:


15-07-2019, 15:30. Yazar: sevinc1
Nazir müavini:


Bu günə qədər müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin test mərhələsində 2280 sual imtahan iştirakçılarının ixtiyarına verilib ki, onlardan yalnız 8-də səhv çıxıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Nazir müavini bildirib ki, mütəxəssislər tərəfindən hazırlanan sualların cavablarının doğruluğu şübhə altına alına bilməz: "Yekun cavabların hesablanmasında namizədlərin müəyyən tərəddüdləri olsa, gələcəkdə apelyasiya məsəlinə baxa bilərik".

M.Vəliyeva qeyd edib ki, müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin test mərhələsində kompüterdən istifadə üçün tam şərait yaradılıb: "Texniki avadanlıqların bütün parametrləri ölçülüb. Lakin müəyyən istisnalar olduqda, yəni imtahan prosesində kompüter donduqda və ya hər hansı nasazlıq yarandıqda namizəd zaldakı nəzarətçilərə müraciət etməlidir. Belə hal aşkar olunarsa, mütləq şəkildə nasazlığın aradan qaldırılması üçün ona ayrılan vaxt dayandırılır və sualların cavablandırılması üçün əlavə vaxt verilir".

aia.az
Geri dön