Ana Sayfa > Ölkə > "Yalçın Rzazadənin səhhətində irəliləyiş yoxdur":
"Yalçın Rzazadənin səhhətində irəliləyiş yoxdur":15-07-2019, 12:06. Yazar: sevinc1 |
Yataq xəstəsi olan Xalq artisti Yalçın Rzazadə Türkiyədə xəstəxanaya yerləşdirilib. Xalq artistinin ailəsindən Lent.az -a verilən məlumata görə, onun səhhətində hələ ki irəliləyiş yoxdur: “Artıq bir neçə gündür ki, Türkiyədəyik. Yalçın bəyi Türkiyəyə Heydər Əliyev Fondu göndərdi. Buna görə çox məmnundur. Hazırda səhhətinin yaxşı olması barədə danışmaq tezdir. Çünki hələ ki, burada müayinə prosesi gedir. Sabahdan isə müalicəsinə start veriləcək”. Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən müğənni fondun dəstəyi ilə müalicə ediləcək. aia.az Geri dön |