Ana Sayfa > Siyasət / Manşet / Karusel > Blatter prezidentləri ittiham etdi
Blatter prezidentləri ittiham etdi5-07-2015, 15:35. Yazar: admin |
Yozef Blatter: "Bax buna görə indi bizim Qətərdə keçirilən dünya çempionatımız var." Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Yozef Blatter Fransanın keçmiş prezidenti Nikola Sarkozini və Almaniyanın keçmiş prezidenti Kristian Vulfu FİFA-ya təzyiq etməkdə ittiham edib. ANS PRESS-in məlumatına görə, Blatter bunu "Welt am Sonntag" jurnalına müsahibəsində deyib. Müsahibə bu gün dərc edilib. Blatterin sözlərinə görə, keçmiş prezidentlər xüsusilə 2018 və 2022-ci illərdə dünya çempionatının harada keçirilməsinin təyin edilməsi ərəfəsində "siyasi təzyiq göstəriblər". "Cənab Sarkozi və Vulf səsvermə zamanı öz nümayəndələrinə təzyiq görstərməyə çalışıblar. Bax buna görə indi bizim Qətərdə keçirilən dünya çempionatımız var", - deyən Blatter əlavə edib ki, alman nümayəndəliyi Vulfun məsləhəti ilə "iqtisadi maraqlara görə Qətərə səs verib". Amma bütün bu qalmaqallara baxmayaraq, FİFA prezidenti öz mövqeyində və əməllərində əmindir. O, öz fikrini belə izah edib: "Hər insan nədənsə ehtiyat edir, amma mənim FİFA-dakı işimlə bağlı qorxacaq heç nəyim yoxdur." Geri dön |