Ana Sayfa > Təhsil > 3 №-li Gəncə Peşə Liseyi – sabahın peşəkarları müasir tələblərə uyğun şəraitdə hazırlanırlar
3 №-li Gəncə Peşə Liseyi – sabahın peşəkarları müasir tələblərə uyğun şəraitdə hazırlanırlar11-07-2019, 11:36. Yazar: sevinc1 |
Liseyin direktoru Fazil İsmayılov qarşıda qoyulan məqsədlərə nail olmaq üçün bu təhsil müəssisəsinin bütün potensialını səfərbər edə bilib Bir həqiqətdir ki, hər bir xalqı inkişafa aparan yol, onun təhsilindən keçir. Əbəs yerə deyildir ki, Ümummilli liderimiz Heydər Əliyev bu sahəyə verdiyi önəmi xüsusi vurğulayaraq belə demişdir: “Təhsil millətin gələcəyidir”. Bu gələcək isə, təbii ki, məhz bu günümüzdə mövcud olan təhsil sisteminin təkmilləşdirilməsi yolu ilə qurulur. Bu məqsədlərə nail olmaq üçün son illər ölkəmizdə qabaqcıl təhsil modelinin bərqərar olunması istiqamətində əhəmiyyətli addımlar atılır. Həm də təhsil sahəsində həyata keçirilən bu islahatlar orta-ümumtəhsil məktəbləri, kollec və universitetlər kimi peşə təhsili sistemində də mütərəqqi reformaları nəzərdə tutur. Bu gün təhsil islahatlarının uğurla həyata keçirildiyi müəssisələrdən biri də 3 №-li Gəncə Peşə Liseyidir. Qeyd etmək lazımdır ki, Fazil İsmayılovun direktoru olduğu 3 №-li Peşə Liseyi Gəncədə peşə təhsili müəssisələri arasında lider müəssisə hesab olunur. Bu lisey 1974-cü ildən fəaliyyət göstərir. Biz dəfələrlə öz yazılarımızda belə bir faktı qeyd etmişik ki, müasir iqtisadiyyatın praktiki və tətbiqi istifadəsi baxımından kollec və orta ixtisas peşə məktəblərinin xüsusi rolu vardır. Gəncə 3 №-li Peşə Liseyində isə, bu gün “Dərzi”, “Komputer ustası”, “Bərbər manikürçü”, “Dülgər”, “İnşaat materialları, konstruksiyalarının və məmulatların qəlibçisi”, “Biçiş-tikiş avadanlıqlarının operatoru, tikişçi” ixtisasları üzrə kadrlar hazırlanır. Bu peşələr üzrə 140 şagirdə 8 istehsalat təlimi ustası, 16 nəfər pedaqoji və yardımçı heyət xidmət edir. Bu ixtisaslardan hər birinin həqiqətən də ictimai həyatımızın ən müxtəlif sahələrində necə vacib bir əhəmiyyət kəsb etdiyi də yəqin ki, heç kəsdə şübhə doğurmur. Deməli, əsas məsələ gənclərimizin bu ixtisaslara hansı səviyyədə yiyələnə bilmələrindədir. Bax elə bu məqamda da eyni ixtisasları tədris edən müxtəlif təhsil müəssisələri arasındakı fərq məsələsi gündəmə gəlir. Tam səmimi olaraq deyə bilərik ki, 3 №-li Peşə Liseyində təqdim olunan ixtisaslar üzrə yüksək səviyyəli tədrisin aparılması ücün müvafiq maddi-texniki baza və yüksək ixtisaslı kadr potensialı mövcuddur. Belə ki, 2017-ci ilin may ayında liseyin binasında əsaslı təmir işləri aparılıb, sinif otaqları, idman zalı, kitabxana o cümlədən dülgər və tikiş emalatxanaları yenidən qurularaq müasir avadanlıqlarla təchiz edilib. Birmənalı olaraq qeyd etmək olar ki, bu gün 3 №-li Peşə Liseyində tədrisin düzgün planlaşdırılması, şagirdlərə göstərilən qayğı və diqqət, möhkəm nizam-intizam və tədris prosesinin şəffaflığı bu peşə təhsili müəssisəsinin inkişafını daha da sürətləndirib və buranın məzunları qarşısında yeni-yeni perspektivlər açıb. P.S. Təəssüflər olsun ki, son vaxtlar bəzi mətbu orqanlarının səhifələrində 3 №-li Peşə Liseyinin fəaliyyəti və rəhbərliyi barədə əsassız, böhtan xarakterli, cəfəng iddialar dərc ounur. Kimlərinsə şəxsi ambisiyalarını təmin etmək üçün, müxtəlif intriqalar yaratmaq və qızışdırmaq məqsədilə hazırlanan belə materiallar isə, birmənalı olaraq həm konkret müəssisənin, həm də ümumilikdə təhsilimizin inkişafına qrşı yönəldilmiş cəhd kimi qiymətləndirilməlidir. Bu kimi yazıları dərc edən həmkarlarımıza demək istərdik ki, bəzi bədxah insanların məqsədləri naminə qətiyyən onların əllərində bir alətə çevrilməsinlər. aia.az Abbas Abbasov Elbrus Bağırov Geri dön |