Ana Sayfa > İdman > "Qolsuz bərabərlik yaxşı nəticədir" -
"Qolsuz bərabərlik yaxşı nəticədir" -11-07-2019, 11:20. Yazar: sevinc1 |
"Gözəl oyun oldu. "Qarabağ" güclü komandadır. Qol imkanlarımız oldu, amma bundan istifadə edə bilmədik. İstənilən halda qolsuz bərabərlik yaxşı nəticədir. Bu nəticə ilə əmsalımızı artırırıq". Qol.az-ın məlumatına görə, bu sözləri Albaniya "Partizani"sinin prezidenti Qazmend Demi Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"la qolsuz bərabərliyə qaldıqları ilk oyunu şərh edərkən deyib. Albaniya mətbuatına danışan klub rəhbəri açıq oyununun getdiyini bildirib: "Xüsusi bir şey olmadı. "Ferensvaroş"la matçı xatırlayırsınız? Onlar burda qol vurmuşdular, biz isə səfərdə. Baş məşqçi? Onun haqda danışmaq hələ tezdir. Amma yaxşı idi". aia.az Geri dön |