Ana Sayfa > Təhsil / Aia TV / Karusel > Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə...

Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə...


23-01-2016, 00:31. Yazar: admin

21-22 yanvar 2015-ci il tarixlərdə F.Muradov adına şəhər 7 saylı ümumi orta məktəbdə Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “2 fevral-Gənclər günü”nə həsr olunmuş “Breyn-rinq” üzrə rayon çempionatı keçirilmişdir.Çempionatda rayonun 16 məktəbinin (10 şəhər,6 kənd) komandaları iştirak etmişdir. Yarışın yüksək səviyyədə keçirilməsi və cavabların qiymətləndirilməsi üçün aşağıdakı tərkibdə münsiflər heyəti təyin edilmişdir: 1.Aydın Qasımov - Gənclər və İdman idarəsinin baş məsləhətçisi - sədr 2.Anar Baxşəliyev - Təhsil şöbəsinin metodisti - üzv 3.Nəsibə Kərimova - Fəal gənc - üzv Püşkatma nəticəsində komandalar hər birində 4 komanda olmaqla 4 yarımqrupda öz güclərini sınamışlar. Çempionat əsasnaməyə uyğun olaraq keçirilmişdir.Öz yarımqruplarında daha güclü olan T.Qurbanov adına Xanqaraqoyunlu kənd, N.Gəncəvi adına 2 saylı,Azərbaycanın Milli Qəhrəmanı E.Kərimov adına 4 saylı şəhər tam orta və F.Muradov adına şəhər 7 saylı ümumi orta məktəblərin final mərhələsində iştirak etmək hüququ qazanmışlar. Final mərhələsində püşkatma nəticəsində 7 saylı şəhər umumi orta və Xanqaraqoyunlu kənd (qalib Xanqaraqoyunlu),2 saylı və 4 saylı şəhər (qalib 2 saylı) tam orta məktəblərin komandaları yarışmışlar.Şəhər 7 saylı ümumi orta və Xanqaraqoyunlu kənd tam orta məktəblərin komandaları rəqiblərinə qalib gələrək I yer uğrunda mübarizə aparmışlar.Daha yüksək bilik səviyyəsi nümayiş etdirən T.Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbin komandası I yerə, N.Gəncəvi adına 2 saylı tam orta məktəbin komandası II yerə, III yerə isə şəhər F.Muradov adına şəhər 7 saylı ümumi orta məktəbin komandası layiq görülmüşlər. Yarışın keçirilmə zamanı heç bir əsasnamə pozuntusuna yol verilməmişdir. Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyələri ilə mükafatlandırılmışlar.




Geri dön