Ana Sayfa > Gündəm > Təmas xəttində növbəti monitorinq keçiriləcək
Təmas xəttində növbəti monitorinq keçiriləcək10-07-2019, 10:30. Yazar: sevinc1 |
![]() Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 11-də Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Martin Şuster keçirəcəklər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər. aia.az Geri dön |