Ana Sayfa > Manşet / İdman > Qurban Qurbanov:

Qurban Qurbanov:


10-07-2019, 09:30. Yazar: sevinc1
Qurban Qurbanov:


“Partizani” kimi çətin rəqibə qarşı oynayacağıq. “Kukesi” ilə ağır matçımız olub. Bu dəfə də bizi çətin görüş gözləyir”.

APA-nın məlumatına görə, bunu Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Partizani” ilə Albaniyadakı qarşılaşma ərəfəsində mətbuat konfransına qatılıb. Q.Qurbanov sabah keçirilək matç haqda fikirlərini açıqlayıb: “Çempionlar Liqası kimi yüksək səviyyəli turnirdə oynayırıq. Burda zəif komanda olmur. Səfərdə qalib gəlmək istəyirik. Lakin heç-heçə də sərfəli nəticə sayılır. Rəqib meydanında qolsuz heç-heçə belə bizim xeyrimizədir”.

Q.Qurbanov oyunun keçirildiyi Tiranadakı hava şəraitinə də toxunub: “Hava çox istidir. Lakin biz oyun intizamını qorumalı, meydanda olanda isti barədə fikirləşməməliyik. Rəqib heyətindəki dəyişikliklərlə bizi təəccübləndirə bilər. Əlbəttə, ilk mərhələdə uduzub mübarizəni dayandırmaq istənilən komanda üçün uğursuzluqdur. Lakin biz hətta uduzsaq da, yolumuza davam edəcəyik”.

Mütəxəssis albaniyalı Ansi Aqolli barədə suala da cavab verib: “O, sadəcə komandadan deyil, ailədən getdi. Biz onun yoxluğunu oyunçu kimi yox, ailə üzvü kimi hiss edirik”.




aia.az
Geri dön