Ana Sayfa > Karusel / Cəmiyyət > Dördqat Avropa çempionu olan bakılı qız intihar etdi

Dördqat Avropa çempionu olan bakılı qız intihar etdi


10-07-2019, 09:00. Yazar: sevinc1
Dördqat Avropa çempionu olan bakılı qız intihar etdi


Avropa çempionu olan gimnastımız intihar edib.

aia.az APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində baş verib.

2001-ci il təvəllüdlü Məmmədzadə Aynur Əfqan qızı yaşadığı binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. A.Məmmədzadə xəstəxanada dünyasını dəyişib.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Qeyd edək ki, A.Məmmədzadə akrobatika üzrə dördqat Avropa çempionudur.


aia.az
Geri dön