Ana Sayfa > Ölkə > Azərbaycana GMO məhsulları gətirilir? -

Azərbaycana GMO məhsulları gətirilir? -


9-07-2019, 12:54. Yazar: sevinc1
Azərbaycana GMO məhsulları gətirilir? -


“KİV- də bəzən məsuliyyətsiz məqalələrlə rast gəlirik. Bu yaxınlarda özünü ekspert kimi qələmə verən şəxs müsahibəsində bildirib ki, Azərbaycan idxal olunan məhsulların 99 faizi GMO məhsullardır. Bu yalandır və onlar qaragüruhculuqla məşğul olan şəxslərdir”.



Modern.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnaslitlərə açıqlamasında bildirib.

Q.Təhməzli qeyd edib ki, dünya üzrə 30 adda bitki genetik modifikasiya olub:



“Onların da 504 növü məlumdur, bu bütün dünyanın aparıcı ölkələrin reyestrində oturub. Həmin məhsulların içərisində dəfələrlə adları çəkilən bir çox meyvə yoxdur. Məsələn,çiyələk, armud, qarpız, gilas, xiyar və başqa bitkilərin genetik modifikasiyası mövcud deyil. GMO ərzaq təhlükəsizliyinin təmin olunması üçün ortaya çıxıb. Dünyanın ən çox genetik modifikasiya olunan məhsul qarğıdalıdır. Onun 238 növü genetik modifikasiya olub. Azərbaycan ərazisinə idxal olunan bütün məhsullar müvafiq eksperizalara cəlb olunub. İnsan sağlamlığı üçün zərərli məhsulun ölkəyə idxalına icazə verilmir".


aia.az
Geri dön