Ana Sayfa > Karusel / Gündəm > Bak-Tbilisi qatarında baş vermiş hadisənin
Bak-Tbilisi qatarında baş vermiş hadisənin9-07-2019, 10:12. Yazar: sevinc1 |
![]() Ötən gecə Bakı-Tbilisi qatarında yaranmış problemin səbəbi məlum olub. Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətindən (QSC) Trend-ə verilən məlumata görə, hadisə gecə saat 23:20 radələrində baş verib: "Ötən gecə saat 23:20-də dəmir yolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub. Hərəkətdə olan 38/saylı Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb". QSC-dən bildiriblər ki, hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat gecikmə qeydə alınıb. aia.az Geri dön |