Ana Sayfa > Siyasət > Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış hissələrinə baxış təxirə salındı

Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış hissələrinə baxış təxirə salındı


5-07-2019, 16:24. Yazar: sevinc1
Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış hissələrinə baxış təxirə salındı


Gürcüstan-Azərbaycan sərhədlərinin razılaşdırılmamış hissələrinə ekspertlərin baxışı qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Bakupost-un xəbərinə görə, bu barədə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani bildirib.

"Biz gündəlik olaraq təşkilati və texniki məsələlərlə əlaqədar azərbaycanlı tərəfdaşlarımızla əlaqə saxlayırıq. Ekspertlərin razılaşdırılmamış ərazilərə gəlməsi və baxış keçirməsi vəziyyətin öyrənilməsi baxımından önəmli fürsət olacaq. İkinci mərhələ ilə bağlı biz öz həmkarlarımızla müzakirələr aparmağa hər an hazırıq” - D. Zalkaliani vurğulayıb.


aia.az
Geri dön