Ana Sayfa > Siyasət > Azay Quliyev:
Azay Quliyev:5-07-2019, 16:23. Yazar: sevinc1 |
ATƏT Parlament Assambleyasının Lüksemburqda davam edən 28-ci illik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitənin iclası keçirilib. Bakupost-un xəbərinə görə, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev adıçəkilən Komitənin məruzəçisi irlandiyalı deputat Alen Farrellin hazırladığı hesabatın və qətnamə layihəsinin müzakirəsində çıxış edib. ATƏT PA-nın vitse-prezidenti diqqəti sözügedən qətnamə layihəsinin 10-cu bəndinə, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayonundakı münaqişənin adı ilə bağlı məsələyə çəkib. A.Quliyev Farrellin hazırladığı hesabatda əksini tapan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı əhatə edən münaqişə də daxil olmaqla, ATƏT ərazisindəki uzanan münaqişələrin həll edilməsinin regionda davamlı sülh və inkişafın bərqərar olunması üçün əsas şərtlərdən olması fikrini yüksək qiymətləndirib: aia.az Geri dön |