Ana Sayfa > Karusel / Parlament > Sumqayıt-Bakı elektrik qatarındakı problemin səbəbi -
Sumqayıt-Bakı elektrik qatarındakı problemin səbəbi -5-07-2019, 09:43. Yazar: sevinc1 |
Sumqayıt-Bakı elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb. Bu barədə Bakupost-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətindən (QSC) bildiriblər. Qeyd olunub ki, yaranan problem artıq aradan qaldırılıb: "Dəmir yolunun Biləcəri-Keşlə mənzilinin kontakt şəbəkəsində yaranmış nasazlıqla bağlı Sumqayıt-Bakı elektrik qatarının hərəkətində 26 dəqiqə ləngimə qeydə alınıb. Problem dərhal aradan qaldırılıb və hazırda qatarlar nəzərdə tutulan qrafiklə hərəkət edir". *** Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb. Bakupost xəbər verir ki, Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:40-da çıxan qatar 2 dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub. Maşinist problemin texniki nasazlıqdan qaynaqlandığını bildirib. Nəticədə qatar Bakı Dəmir Yolu Vağzalına saat 08:50-də, yəni 30 dəqiqə gec çatıb. aia.az Geri dön |