Ana Sayfa > Karusel / Parlament > Həkimi Hacı Mazanın başqa klinikaya köçürüldüyünü söylədi
Həkimi Hacı Mazanın başqa klinikaya köçürüldüyünü söylədi5-07-2019, 10:30. Yazar: sevinc1 |
İyulun 2-də Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalov müalicə aldığı Tibb Universitetinin Tədris-Cərrahiyə Klinikasından başqa xəstəxanaya köçürülüb. Bu barədə Modern.az-a onu həkimi Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli bildirib. C.Nəsirli Ramazan Zeynalovun dünən axşam Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürüldüyünü deyib: “Onun bud-çanağında əməliyyat apardıq, vəziyyəti stabildir. Xəstə anlaqlı vəziyyətdədir, heç bir ağırlaşma yoxdur. Müalicəsi davam etdirilir”. aia.az Geri dön |