Ana Sayfa > Manşet / Siyasət > Parlament seçkiləri nə vaxt olacaq? -

Parlament seçkiləri nə vaxt olacaq? -


4-07-2019, 14:31. Yazar: sevinc1
Parlament seçkiləri nə vaxt olacaq? -



"Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərinin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmirəm”.

aia.az-ın APA-ya istinadən məlumatına görə, bunu YAP sədrinin müavini, Baş Nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ola bilsin ki, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər: "Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı hər hansı səbəb yoxdur”.

Ə.Əhmədov bildirib ki, bu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək: "Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildənbir noyabr ayında keçirilməlidir. Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək”.


aia.az
Geri dön